...

AVQUSTUN 19 ÜZRƏ KRİMİNAL XRONİKA

Hadisə Materials 20 Avqust 2005 13:06 (UTC +04:00)

Avqustun 19-da daxili işlər orqanrları tərəfindən 19 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 15-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 8 yol-nəqliyyat hadisəsi baş verib.

Nəcitəcə 6 nəfər ölüb, 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 7 yanğın hadisəsi qeydə alınıb, yanğın nəticəsində 5 nəfər yaralanıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 25nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti