...

Dekabrın 13-nə olan kriminal xronika

Hadisə Materials 14 Dekabr 2005 13:35 (UTC +04:00)

Dekabrın 13-də daxili işlər orqanları tərəfindən 17 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 11-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 16 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 25 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti