...

Amerikalı kişi ilanla “selfi”dən sonra xəstəxanalıq oldu

Maraqlı Materials 26 Avqust 2015 21:25 (UTC +04:00)
Kaliforniya ştatının Leyk-Elsinor şəhərinin 36 yaşlı sakini Aleks Qomes zınqırovlu ilanla “selfi” çəkdirdikdən sonra xəstəxanalıq olub.
Amerikalı kişi ilanla “selfi”dən sonra xəstəxanalıq oldu

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Kaliforniya ştatının Leyk-Elsinor şəhərinin 36 yaşlı sakini Aleks Qomes zınqırovlu ilanla "selfi" çəkdirdikdən sonra xəstəxanalıq olub.

Trend-in "CBS Los Angeles" telekanalına istinadən verdiyi məlumata əsasən, A.Qomes rançosunun həyətində bir metrlik ilana rast gəldikdən sonra onu əlinə alıb birgə şəkil çəkdirmək istəyib. Bu zaman ilan A.Qomesi dişləyib.

Xəstəxanaya çatdırılan A.Qomesə həkimlər zəhər əleyhinə dərman verib. Ancaq zərərçəkmişin anası bildirib ki, əti çürüməyə başladığı üçün oğlu əlini itirə bilər.

Qeyd edək ki, hər il Kaliforniyada təqribən 800 sayda ilan dişləmə halı qeydə alınır. Sürünənlərin aktivlik dövrü aprel-oktyabr aylarına təsadüf edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti