...

İspanaqdan ürək üçün damar hazırlanıb (FOTO/VİDEO)

Maraqlı Materials 5 May 2017 20:36 (UTC +04:00)
Elm adamları ürək damar cərrahiyəsində əhəmiyyətli bir müalicə müddətini başlada biləcək işin ilk nəticələrini nümayiş etdiriblər.
İspanaqdan ürək üçün damar hazırlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

İspanağın kiçik yaşlarından etibarən böyüklərimiz tərəfindən hər zaman faydalı olduğuna dair ifadələrini eşidirik. Elm adamları ürək damar cərrahiyəsində əhəmiyyətli bir müalicə müddətini başlada biləcək işin ilk nəticələrini nümayiş etdiriblər.

Hər kəs tərəfindən bilinən faydalarının yanında, elm insanlarının reallaşdırdığı layihə ilə birlikdə, ispanaqla əlaqədar müsbət düşüncələrimiz iki qat daha artacaq. Aaraşdırma nəticəsində ispanaq üzərindən ürək toxuması istehsal edilərək, günümüzün ən sıx görülən səhiyyə problemlərindən biri olan ürək damar problemlərində əhəmiyyətli olacağı ifadə edilir.

Üç ölçülü printerlərin aktiv olaraq istifadə edilməsiylə birlikdə, səhiyyə sahəsində itirilən üzv və toxumaların müalicəsiylə əlaqədar, əhəmiyyətli işlərə rast gəlmək mümkündür. Lakin bu işlər xüsusilə, damar cərrahiyəsinin quruluşu baxımından problem təşkil edə bilir. İspanaq yarpağı üzərindən edilən layihənin ən əhəmiyyətli xüsusiyyəti, bu damarların süni deyil, tamamilə təbii olmasındadır.

Aparılan araşdırmada ispanağın öz hüceyrələrinə ötürülməsini təmin edən damarlar əsas götürülərək, insan ürəyində bu damarın işləyib işləmədiyini görmək üçün alimlər, müxtəlif testlər edirlər.

Laboratoriya mühitində edilən testlər nəticəsində ilk mərhələdə, ispanaq yarpağı üzərindən edilən testlərdə gözlənilən nəticə alındı və daha sonra isə üç ölçülü printer vasitəsilə, gerçək ölçülü bir ürək istehsal edildi. Beləki ispanaq yarpağının qanı və oksigeni daşıya bildiyi aşkarlanıb. Bu layihə tamamlandıqdan sonra infarkt və ya ürək xəstəlikləri olan insanların ürəyində zədə alan damarların, məhz bu üsulla yenilənməyi planlaşdırılır.

Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 15:00-da. https://www.youtube.com/c/saglamnesil

https://www.facebook.com/SaglamNesil/?fref=ts

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti