...

Təmas xəttini keçməyə cəhd göstərən erməni əsgər yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2015 16:16 (UTC +04:00)
Cəbhədə baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini özbaşına tərk edən hərbi qulluqçuların sayının artmasına səbəb olub. Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Təmas xəttini keçməyə cəhd göstərən erməni əsgər yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülüb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Cəbhədə baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini özbaşına tərk edən hərbi qulluqçuların sayının artmasına səbəb olub. Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən bildirilib ki, əldə olunan son məlumatlara əsasən, işğal olunmuş ərazilərdə yerləşən erməni bölmələrindən birinin əsgəri Ermənistandan hərbi xidmətə çağırılmış Nikolay Martirosyan digər hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qollarının damarlarını kəsərək həyatına qəsd edib.

Digər bir fakt isə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyanın həyatına qəsd etmək məqsədilə özünü hündür qayadan atması olub. Əsgər sağ qalsa da ağır kəllə-beyin və aşağı ətrafın ikitərəfli sınığı diaqnozu ilə alayın tibb məntəqəsinə yerləşdirilib.

Əldə olunan başqa bir məlumata görə isə hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək, qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə gəlmiş erməni əsgərinin öz xidmət yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülməsi və dayaq məntəqəsində onun meyitinin tələm-tələsik basdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti