...

Fransalı diplomatın ölkəsinin senatorlarının "əməli"nə mövqeyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2015 13:17 (UTC +04:00)
"Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır və uzun müddət vasitəçi, Minsk qrupunun həmsədrlərdən biri olaraq beynəlxalq hüququn normaları əsasında münaqişənin həllinin axtarışındadır".
Fransalı diplomatın ölkəsinin senatorlarının "əməli"nə mövqeyi

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Anaxanım Hidayətova/

"Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır və uzun müddət vasitəçi, Minsk qrupunun həmsədrlərdən biri olaraq beynəlxalq hüququn normaları əsasında münaqişənin həllinin axtarışındadır". Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bu ölkənin nüfuzlu həftəlik dərgisi "Ekspress"-də beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması ilə bağlı qondarma "Fransa- Dağlıq Qarabağ parlametlərarası qrup"nun üzvləri senatorlar Sofi Juassen, Mişel Amyel, Marlen Muryenin çıxışlarını şərh edərkən bildirib.

Səfirin sözlərinə görə, əgər Fransa Senatıın üzvü Dağlıq Qarabağın "müstəqilliyi" uğrunda çıxış edirsə, onda o şəxsi fikrini bildirir, Fransanın mövqeyini yox.

Diplomatın sözlərinə görə, Fransa qondarma "Dağlıq Qarabağ" hökuməti ilə heç bir əlaqə saxlamır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti