...

Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı petisiya açılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 14:51 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə bağlı QHT-lərin geniş toplantısını keçirib.
Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı petisiya açılacaq

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə bağlı QHT-lərin geniş toplantısını keçirib.

Trend-in məlumatına görə, toplantıda Azərbaycan Prezidenti İlham Əliyevə, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinə və beynəlxalq təşkilatlara müraciətlər qəbul edilib.

Prezident İlham Əliyevə ünvanlanan müraciətdə erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun apardığı əməliyyatlar yüksək qiymətləndirilib və peşəkar ordunun formalaşmasına görə ölkə Prezidentinə təşəkkür olunub.

Müraciətdə torpaqlarımızın işğaldan azad olunması istiqamətində dövlət başçısının atdığı hər bir addımın QHT-lər tərəfindən dəstəkləndiyi qeyd edilib.

Beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərdə isə Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi istiqamətində mühüm addımların atılması istənilib. Müraciətlərdə həmçinin 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir təsirli addımın atılmadığı qeyd olunub.

Toplantıda həmçinin ABŞ Konqresinin saytında Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı dəstək petisiyasının açılacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti