Bakı. Elçin Mehdiyev - Trend:
"Ötən aprel ayında ermənilər tərəfindən mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb".
Trend-in məlumatına görə, bunu Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmələrdə deyib.
N.Abbasov deyib ki, 641 yaşayış evinə ziyan dəyib, dağılıb: "Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozub. 6 nəfərin ölümünə səbəb yaşayış məntəqələrinə atılmış mərmilər olub".
O deyib ki, sübutların toplanması istiqamətində işlər davam etdirilir.