...

Ruhani: İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll olunacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2016 14:18 (UTC +04:00)
İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll olunacağına ümid edir.
Ruhani: İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll olunacağına ümid edir

Bakı. Trend:

İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll olunacağına ümid edir. Trend-in məlumatına görə, bunu Ermənistanda səfərdə olan İran prezidenti Həsən Ruhani deyib.

Prezident bildirib:

“Biz ümid edirik ki, regionda sülh və sabitliyin bərqərar olmasına şahidlik edəcəyik. Bizim üçün Azərbaycan və Ermənistan dost ölkələrdir. Biz ümid edirik ki, regionda sülh və sabitliyin şahidi olacağıq. Bu, bütün regionun xeyrinə olacaq. Bu məsələnin hərbi həll yolu yoxdur, biz onun sülh yolu ilə həllini görmək istəyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti