...

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Xocalı faciəsi ilə əlaqədar tədbir keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 08:43 (UTC +04:00)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Kəlbəcər rayonunun Binəqədidəki 18 saylı orta məktəbində təhsil alan şagirdlərin Xocalı faciəsi ilə əlaqədar məlumatlandırılması məqsədilə növbəti tədbir keçirib
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Xocalı faciəsi ilə əlaqədar tədbir keçirib (FOTO)

Bakı. Trend:

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Kəlbəcər rayonunun Binəqədidəki 18 saylı orta məktəbində təhsil alan şagirdlərin Xocalı faciəsi ilə əlaqədar məlumatlandırılması məqsədilə növbəti tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirib ki, "Xocalı faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir.

Xocalı faciəsinə ilk siyası qiymət ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışından sonra qiymət verildi. Bu gün möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı təçavüzkar dövlət kimi qəbul edilər. Məhz cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, bir necə xarici dövlətin qanunvericilik orqanları Xocalı soyqırımı haqqında siyasi qərar qəbul ediblər.

Xocalı faciəsinin dünayaya tanıdılmasında Azərbaycanın birinçi vitse-prezidenti, ölkəmizin birinçi xanımı Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidmətləri var. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya Ədalət” konpaniyası çərçivəsində artıq dünya ictimaiyyəti ermənilərin Xocalıda törədikləri soqrım barədə dolğun məlumatlandırılıb.

Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş səhnəçiklər göstərib və şeirlər səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti