...

Elmar Məmmədyarov: Azərbaycanın səbri tükənir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2005 18:31 (UTC +04:00)

Erməni-Azərbaycan münaqişəsi regionunda yaranmış status-kvo gərginliyin güclənməsinə gətirib çıxarır. Trend in "Azadlıq" radiosuna istinadən yaydığı məlumata görə, bu barədə Lyublyana keçirilən ATƏT-in xarici işlər nazirləri Şurasının 13-cü görüşündə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan Ermənistan rəhbərliyinin verdiyi son bəyanatlarla bağlı çox narahatdır. "Yaranmış vəziyyət heç hara aparıb çıxarmır, Azərbaycanın isə səbri tükənir. Son nəticədə, hədələrlə dolu bəyanatların sayı isə durmadan artır",-deyə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirib və ATƏT-i münaqişənin nizamlanması üzrə səylərini öz fəaliyyət istiqamətininin prioritetinə çevirməyə çağırıb.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan öz torpaqlarının bir hissəsinin işğal olunmasını beynəlxalq hüququn pozulması, yaranmış status-kvonun isə sülh danışıqları prosesini kökündən zəiflədir. XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağın statusu "etnik təmizləmə" yolu ilə deyil, qanunçuluğun, sülhün və demokratik proseslərin nəzərə alınması ilə işlənməlidir.

"Status yalnız Dağlıq Qarabağın Azərbaycan və erməni icmasının maraqlarının bərabər əsasda nəzərə alınmaqla hazırlana bilər", - deyə E. Məmmədyarov statusun müəyyən olunmasının əsas şərti Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasıdır.

Elmar Məmmədyarov bəyan edib ki, Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasından sonra hər iki tərəf üçün nəqliyyat dəhlizi açılacaq. Məqsədəuyğun süloh üçün Laçın rayonunda yerləşən dəhliz hər iki istiqamətdə istifadə üçün açılacaq.

"Münaqişənin sülh yolu ilə həllində Ermənistanın və Azərbaycanın əsas vəzifəsi Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, azərbaycanlı qaçqınlarının öz doğma evlərinə qayıtması, sülh və sabitlik atmosferinin yaradılması, azərbaycanlılarla ermənilər arasında etimadın inkişfından ibarətdir", -deyə sonda E. Məmmədyarov bildirib.

Xəbər lenti

Xəbər lenti