...

Britaniyanın enerji naziri Azərbaycana gəlir

Siyasət Materials 8 İyul 2014 18:15 (UTC +04:00)
Böyük Britaniyanın enerji naziri Maykl Fellon (Michael Fallon) sabah Azərbaycana səfərə gələcək.
Britaniyanın enerji naziri Azərbaycana gəlir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Böyük Britaniyanın enerji naziri Maykl Fellon (Michael Fallon) sabah Azərbaycana səfərə gələcək. Bu barədə Trend Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi "twitter" səhifəsinə istinadən məlumat verir.

Səfər zamanı nazirin Azərbaycan rəhbərliyi və ölkə rəsmiləri ilə görüşləri gözlənilir.

M.Fellonun səfəri çərçivəsində "Cənub Qaz Dəhlizi" layihəsi üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, britaniyalı nazirin səfəri iyulun 11-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti