...

Kəmaləddin Heydərov Özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb

Siyasət Materials 19 May 2015 18:38 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistana rəsmi səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.
Kəmaləddin Heydərov Özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistana rəsmi səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb. Bu barədə Trend-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, K.Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti 19 may 2015-ci il tarixində Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə həmin ölkəyə rəsmi səfərə gedib.

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar nazir rəsmi səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti