...

Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır

Siyasət Materials 10 Fevral 2016 18:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın yeni təyin edilmiş müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penyanı qəbul edib.
Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın yeni təyin edilmiş müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penyanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov M.Penyanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, Azərbaycan və Kolumbiya arasındakı əməkdaşlığın dərinləşməsi istiqamətindəki gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycanın Latın Amerikası regionu ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu baxımdan diplomatik missiyaların fəaliyyətinin önəmini qeyd edib.

M.Penya fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə həmçinin, yaxın vaxtlarda iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsi və Kolumbiya tərəfindən Bakıda təşkil olunan ispan dili kurslarının davam etdirilməsinin vacibliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti