...

Əfv Məsələləri Komissiyası siyahını Prezidentə təqdim edəcək

Siyasət Materials 9 Mart 2016 18:44 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib.
Əfv Məsələləri Komissiyası siyahını Prezidentə təqdim edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib. Bu barədə Trend-ə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 400-dən artıq müraciətə baxılıb. Müraciətlərin 1/3 hissəsindən çoxu üzrə müsbət qərar verilib.

R.Məcid bildirib ki, bu sənədlər Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq və yəqin ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti