...

Səfir: Azərbaycan qlobal problemlərin həlli üçün önəmli ölkədir

Siyasət Materials 10 Mart 2016 17:02 (UTC +04:00)
Bakının "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Foruma ev sahibliyi etməsi praktiki olaraq göstərir.
Səfir: Azərbaycan qlobal problemlərin həlli üçün önəmli ölkədir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bakının "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Foruma ev sahibliyi etməsi praktiki olaraq göstərir ki, Azərbaycan qlobal problemlərin həllinə öz töhfəsini verir. Türkiyə olaraq, bundan Azərbaycan kimi qardaş ölkə ilə ortaq dilə sahib olduğumuzdan qürur duyuruq". Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Azərbaycanın multikulturalizm dəyərlərinə üstünlük verdiyini deyən səfir qeyd edib ki, dünya ölkələrində münaqişələr baş verdiyi halda, Azərbaycan öz fəlsəfəsini qədim multikulturalizm ənənəsi ilə təmsil edir.

Bunun çox xoş hal olduğunu deyən diplomat hesab edir ki, Azərbaycan özünün çoxmədəniyyətli ənənəsi ilə multikulturalizm dəyərlərini dünyaya tanıtmaqla və xatırlatmaqla dünya üçün çox vacib olan bir işi görür: "Bu baxımdan Azərbaycan qlobal problemlərin həlli üçün önəmli bir ölkədir".

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.

Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti