...

Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib (FOTO)

Siyasət Materials 18 May 2016 20:04 (UTC +04:00)
Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.
Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib (FOTO)

Bakı. Trend:

Mayın 18-də müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında NATO Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Uyarlılıq Platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlərdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun "Qətiyyətli Dəstək" missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən "Uyarlılıq Platforması" çərçivəsində tərəfdaşlarla uyarlılığın artırılması, fərdi uyğunlaşdırılmış yol xəritəsinin tətbiqi, resursların səmərəli idarə edilməsi və hərbi əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilib.

Səfər zamanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti