...

Azərbaycanın Almaniyadakı səfirliyində referenduma hazırlıq başa çatdırılıb

Siyasət Materials 20 Sentyabr 2016 12:25 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb.
Azərbaycanın Almaniyadakı səfirliyində referenduma hazırlıq başa çatdırılıb

Bakı. Trend:

Azərbaycanın Almaniyadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb.

Bu barədə Trend-ə səfirlikdən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı cari ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində səsvermə keçiriləcək.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi üçün Azərbaycanın Almaniyadakı səfirliyində Seçki məntəqəsi yaradılıb. Məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Almaniyada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən poçt vasitəsilə bildirişlər göndərilib, vətəndaşlarımıza e-mail və telefonla ətraflı izahlar verilib. Ölkədə yaşayan vətəndaşlarımızın səsvermədə aktiv iştirakı üçün Almaniyanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız da bu işlərə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti