...

MSK sədri Məzahir Pənahov Avropa Xalq Partiyasından olan beynəlxalq müşahidəçilərlə görüşüb

Siyasət Materials 25 Sentyabr 2016 19:29 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avropa Xalq Partiyasının De Santa Ana Fernandezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
MSK sədri Məzahir Pənahov Avropa Xalq Partiyasından olan beynəlxalq müşahidəçilərlə görüşüb

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avropa Xalq Partiyasının De Santa Ana Fernandezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MSK-dan Trend-ə verilən məlumata görə, Avropalı beynəlxalq müşahidəçiləri salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. O, qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət salıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki və referendum sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.

Nümayəndə heyətinin rəhbəri və üzvləri MSK sədrinə səmimi qəbula görə minnətdarlıqlarını bildirərək, ümumxalq səsverməsi (referendum) ilə əlaqədar son hazırlıqlarla maraqlanıblar. Qonaqların suallarını cavablandıran sədr Məzahir Pənahov referendumda ölkə vətəndaşlarının konstitusion hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları onların diqqətinə çatdırıb.

Daha sonra görüş qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti