...

İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 5 Dekabr 2016 11:03 (UTC +04:00)
Prezident İlham Əliyev bu gün Pakistanın ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.
İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev bu gün Pakistanın ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.

Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərlərini məmnunluqla xatırlayan dövlət başçısı hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələr arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını deyib.

Ölkəsinin Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan Pakistanın ticarət naziri Xürrəm Dastgir Xan deyib:

“Baş nazir Məhəmməd Nəvaz Şərif Azərbaycanda ona göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi və məndən buna görə minnətdarlığını çatdırmağı xahiş etdi”.

Pakistanlı nazir Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu deyib.

Görüşdə ölkələr arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti