...

Deputat seçiciləri ilə görüşüb (FOTO)

Siyasət Materials 1 Mart 2017 13:09 (UTC +04:00)
118 saylı Ağdam şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Bəxtiyar Əliyev özünün müəyyən etdiyi qrafikə uyğun olaraq Yasamal rayonunda yerləşən Ağdam şəhər nümayəndəliyində hər ayın sonuncu ikinci günü seçiciləri qəbul edir.
Deputat seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

118 saylı Ağdam şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Bəxtiyar Əliyev özünün müəyyən etdiyi qrafikə uyğun olaraq Yasamal rayonunda yerləşən Ağdam şəhər nümayəndəliyində hər ayın sonuncu ikinci günü seçiciləri qəbul edir.

Trend-in məlumatına görə, ötən gün deputat seçicilərlə növbəti görüş keçirib. Görüşdə B.Əliyev seçiciləri maraqlandıran məsələləri dinləyib, onların sosial və digər məsələlərlə bağlı problemləri ilə ətraflı maraqlanıb.

Seçicilərin bir qismi onların problemlərini həll etdiyi üçün təşəkkürlərini bildirməyə gəldiklərini bildirdilər.

Seçicilər əsasən məşğulluq, müalicə, mənzil-məişət şəraitininyaxşılaşdırılması, təhsil və digər məsələlərlə bağlı müraciətlərini millət vəkilinin diqqətinə çatdırıblar.

B.Əliyev seçicilərin müraciətlərini diqqətlə dinləyib və seçicilərlə müraciət olunan məsələlərlə bağlı müzakirələr aparıb, bir sıra məsələlər yerindəcə həll edilib, müvafiq dövlət qurumlarına təqdim edilmək üçün onlardan ərizələr qəbul edilib və bir sıra məsələlərlə bağlı tövsiyələr verib.

B.Əliyev bildirib ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələnin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılmasına və müsbət həllinə çalışılacaq. O, qeyd edib ki, Prezident İlham Əliyev məcburi köçkünlərə daima xüsusi diqqət və qayğı göstərir.

Seçicilər göstərilən diqqətə görə Prezidentə və millət vəkilinə təşəkkürlərini bildiriblər və hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti