...

XİN: Moskva və Bakının iştirakı ilə yaradılan bir neçə format regionda böyük perspektivə malikdir

Siyasət Materials 6 Mart 2017 15:24 (UTC +04:00)
Rusiya-Azərbaycan-İran formatı artıq mövcuddur və işləyir.
XİN: Moskva və Bakının iştirakı ilə yaradılan bir neçə format regionda böyük perspektivə malikdir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya-Azərbaycan-İran formatı artıq mövcuddur və işləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu format regionda sabitliyin amili hesab olunur.

Nazir qeyd edib ki, Türkiyənin iştirakı ilə yaradılan formatlar da böyük iqtisadi perspektivlərə malikdir və bu kontekstdə Rusiya, Türkiyə və Azərbaycan formatı da maraqlı ola bilər.

Öz növbəsində Sergey Lavrov da rəsmi Moskvanın həm Rusiya-Azərbaycan-İran formatını, həm də Türkiyə ilə əməkdaşlığı perspektivli hesab etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti