...

Allahşükür Paşazadə: Azərbaycan İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir

Siyasət Materials 15 Mart 2017 10:38 (UTC +04:00)
Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir.
Allahşükür Paşazadə: Azərbaycan İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə "İslam həmrəyliyi - zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda sabitlik mövcuddur: "Etnik və dini müxtəliflik ölkəmizin mili sərvəti kimi dəyərləndirilir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir".

A.Paşazadə bildirib ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir.

QMİ sədri deyib ki, bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya və radikalizmin təzahürləri sivilizasiyalar arasında, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir: "Bu təhdidlərdən yalnız səyləri birləşdirməklə, dinlər arasında əməkdaşlıqla qurtulmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti