...

Elmar Məmmədyarov BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru ilə görüşüb

Siyasət Materials 5 May 2017 18:37 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru Sahle Vork Zevdeninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru Sahle Vork Zevdeninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və BMT arasında əlaqələrin inkişaf səviyyəsi, həmçinin BMT-nin ofisləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib.

Sahle Vork Zevde Mədəniyyətlərarası Dialoq üzrə IV Baku Forumuna yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Hökumətinə təşəkkürünü ifadə edərək, Forum çərçivəsində keçirilmiş görüşlərin Azərbaycanla BMT-nın Nayrobi ofisi arasında əməkdaşlıq üçün yeni istiqamətlər müəyyən etdiyini bildirib.

O, həmçinin son illər ərzində Azərbaycanda ətraf mühit sahəsində görülmüş işlərin təqdirəlayiq olduğunu qeyd edərək, BMT-in cari ilin dekabr ayında keçiriləcək Ətraf Mühit Assambleyasında Azərbaycanın iştirakının arzu edildiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin ümumilikdə Afrika qitəsinin Azərbaycan üçün yeni imkanlar vəd edən bir region olduğu və iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər olduğu qeyd edilib.

Tərəflər BMT-nin struktur islahatlar ilə yanaşı, qlobal məsələlər və çoxtərəfli diplomatiyanın əhəmiyyəti barəsində geniş fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti