...

LYUBLYANDA AVROPA VƏ MƏRKƏZİ ASİYADA UŞAQLARIN ZORAKILIĞA MƏRUZ QALMASI MÜZAKİRƏ OLUNUR

Siyasət Materials 5 İyul 2005 12:46 (UTC +04:00)
LYUBLYANDA AVROPA VƏ MƏRKƏZİ ASİYADA UŞAQLARIN ZORAKILIĞA MƏRUZ QALMASI MÜZAKİRƏ OLUNUR

Avropa və Mərkəzi Asiya ölkələrində uşaqların zorakılığa məruz qalması məsələsi Avropa Şurası, UNİCEF, ÜST, BMT-nin Ali komissarlığı tərəfindən iyulun 50-də Sloveniyanın paytaxtı Lyublyanda təşkil olunmuş məsləhətləşmələrin əsas mövzusudur. Bu barədə Trend ə UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Məsləhətləşmələr BMT baş katibi Kofi Annanın araşdırmaları çərçivəsində "2006-cı ilə qədər uşaqlara qarşı zorakılığa son qoyulması" mövzusunda planlaşdırılan 9 görüşdən biridir. Məsləhətləşmələrdə alimlər, ekspertlər, həkimlər, siyasətçilər iştirak edir. UNİCEF-in məlumatına əsasən, yalnız Avropa regionunda gündə 14 yaş həddində olan 4 uşaq, ildə isə 1300 uşaq zorakılığa məruz qalır və qətlə yetirilir.

UNİCEF-in statistikasına görə, son zamanlar Şərqi Avropada qrup zorakılığı ortaya çıxıb. Rusiyada 10-24 yaş arası uşaqlara qarşı hücumlar 150%-i keçib. Azərbaycan, Latviya və Rusiyada atışmalar iki dəfə artıb.

Tədbirdə Azərbaycanı Xarici İşlər, Gənclər, İdman və Turizm, Daxili İşlər, Səhiyyə nazirlikləri, QHT və parlament nümayəndələrindən ibarət heyət təmsil edir. Nümayəndə heyəti Azərbaycana qayıtdıqda UNİCEF zorakılıq mövzusunda "dəyirmi masa" təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti