...

MUSTAFA EVRAN: İYULUN SONUNADƏK AZƏRBAYCAN SAHİBKARLARININ İKİ NÜMAYƏNDƏ HEYƏTİ ŞİMALİ KİPRƏ SƏFƏR EDƏCƏK

Siyasət Materials 15 İyul 2005 13:09 (UTC +04:00)
MUSTAFA EVRAN: İYULUN SONUNADƏK AZƏRBAYCAN SAHİBKARLARININ İKİ NÜMAYƏNDƏ HEYƏTİ ŞİMALİ KİPRƏ SƏFƏR EDƏCƏK

İyulun sonuna kimi azərbaycanlı sahibkarlarının iki böyük nümayəndə heyəti iqtisadi əlaqələri yoluna qoymaq məqsədilə Şimali Kiprə səfər edəcək. Bu barədə Şimali Kiprin Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Evran Trend ə verdiyi ekskluziv müsahibəsində bildirib.

M.Gvran qeyd edib ki, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamenti Şimali Kipr nümayəndəliyinə məktub göndərərək 50 azərbaycanlı sahibkarın Lefkoşa şəhərinə səfər etməsinə yardım etməsini xahiş edib. Səfər iyulun 22-27-nə təyin olunub.

Eyni zamanda, Azərbaycan və Türkiyə Sahibkarlar Birliyi (ATIB) həmçinin nümayəndəliyə yazılı məktubla müraciət edərək 80 azərbaycanlı sahibkarın Şimali Kiprə səfərini təşkil etməyi xahiş edib. M.Evranın sözlərinə görə, bu səfərin proqramı artıq razılaşdırılıb və səfərin özü isə iyulun 28-31-də baş tutacaq.

Xəbər lenti

Xəbər lenti