...

ƏLİ KƏRİMLİ: "AZƏRBAYCANDA SİLAHLI MÜXALİFƏT YOXDUR"

Siyasət Materials 25 İyul 2005 17:10 (UTC +04:00)

"Azərbaycanda silahlı müxalifət yoxdur". Bu barədə Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının (AXCP(i)) sədri Əli Kərimli daxili işlər nazirinin müavini Vilayət Eyvazovun fikirlərinə münasibət bildirərkən Trend ə müsahibəsində deyib. Onun sözlərinə görə, DİN rəsmisinin iyulun 25-də Bakıda keçirilmiş GUAM-ın tədbirində çıxışı zamanı müxalifətin ünvanına işlətdiyi belə ifadələr əsassızdır.

"Əgər Azərbaycanda silahlı müxalifət varsa, bəs onda ölkənin hüquq-mühafizə orqanları hara baxır? Bu tamamilə iftiradır. Heç bir silahlı dəstədən söhbət gedə bilməz. Bizim arxamız xalqdır və ona güvənirik. Biz iqtidarla mübarizəni silahsız, əlimizdə qərənfil tutaraq aparırıq. "Azadlıq" blokuna daxil olan partiyalar qarşıdan gələn parlament seçkilərinə xalqın gücünə arxalanaraq gedir",-deyə Əli Kərimli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti