...

AMQHT FORUMUNUN PREZİDENTİ SEÇKİLƏRƏ ƏLİ BAYRAMLIDAN QATILACAQ

Siyasət Materials 26 İyul 2005 18:27 (UTC +04:00)

Azərbaycan Milli QHT Forumunun (AMQHTF) prezidenti Azay Quliyev parlament seçkilərinə 46 saylı Əli Bayramlı seçki dairəsinin namizədi kimi qatılacaqdır. Bu haqda AMQHTF-nin prezidenti Azay Quliyev Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, 2000-ci ildə seçkilərə eyni dairədən qatılsa da, lakin parlamentə düşə bilməmişdir.

"2001-ci ildə AMQHTF mərkəzi Əli Bayramlı şəhərində yerləşən və cənub regionu üzrə 14 rayonu əhatə edən QHT-lərin Regional Resurs Mərkəzi və Təlim Mərkəzi yaratmışdır. Bu mərkəz son 4 ildə Əli Bayramlıda vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində bir çox layihələr və proqramlar həyata keçirmişdir.

Digər tərəfdən isə hələ ötən parlament seçkilərində müəyyən qədər özümə seçici kontingenti qazana bilmişdir. Hesab edirəm ki, bu dəfə parlamentə düşmək üçün həmin seçki dairəsindən kifayət qədər səs toplaya biləcəyəm",-deyə Azay Quliyev vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti