...

MSK SEMİNAR-MÜŞAVİRƏLƏRƏ BAŞLAYIB

Siyasət Materials 2 Avqust 2005 13:22 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 1-dən 10-na kimi Seçki Məcəlləsinin və prezidenti İlham Əliyevin 11 may 2005-ci il tarixli sərəncamının tələblərinə əsasən, dairə seçki komissiyalarının sədr və üzvləri, məntəqə seçki komissiyalarının rəhbərləri üçün seminar-müşavirələr keçirir.

Bu barədə Trend ə MSK-dan məlumat verilib. Parlament seçkilərinə həsr olunmuş seminar-müşavirələr ölkənin bütün bölgələrini əhatə edir. Seminarlarda MSK-nın üzvləri məruzələrlə çıxış edirlər.

Məruzələr Azərbaycan vətəndaşlarının Milli Məclisə deputat seçilmək hüququ, birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi, parlament seçkiləri zamanı namizədlərin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, həmçinin təqdim olunan sənədlərin düzgünlüyünün yoxlanılması ilə bağlıdır. Seminar-müşavirələrdə seçici vəsiqələrinin verilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi barədə dairə seçki komissiyalarının sədrlərinin hesabatı da dinlənilir.

Seminar-müşavirələr aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və hüquqi biliklərinin artırılmasına xidmət edir. MSK-nın treninq qrupu aşağı seçki komissiyalarının üzvləri üçün treninqləri də davam etdirir. Artıq 55 seçki dairəsində məntəqə və dairə seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb.

Xəbər lenti

Xəbər lenti