...

TÜMEN VİLAYƏTİNDƏ HƏBS EDİLMİŞ "SADVAL"ÇININ ŞƏXSİYYƏTİ AÇIQLANDI

Siyasət Materials 18 Avqust 2005 19:37 (UTC +04:00)

Rusiya Federasiyasının Tümen Vilayətində həbs edilmiş "Sadval" ləzgi milli hərəkatının üzvünün şəxsiyyəti açıqlanıb. Bu açıqlamanı Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti edib.

Bü şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilən 1969-cu il təvəllüdlü Azayev Azad Şaxismayıl oğludur. Banditizmdə təqsirləndiirlən 1995-ci ildən beynəlxalq axtarışda olan Azayev Azad Şaxismayıl oğlunun yeri çoxdan müəyyən edilibmiş.

Ancaq Azərbaycan Respublikasının Baş Prokurorluğu onun ölkəmizə verilməsi ilə bağlı dəfələrlə Rusiya Federasiyasının müvafiq orqanına müraciət etsə də müsbət cavab almayıb.

Bu yaxınlarda isə həmin ölkənin prokurorluq orqanı Azad Azayevin saxta pasportla yaşadığını müəyyənləşdirib və onu həbs edib. Bundan sonra Azərbaycan Respublikasının Baş prokurorluğuna müraciət edərək həmin əşxsi ölkəimzə ekstradisiya etməyə hazır olduğunu bildirib.

Hazırda Azad Azayev Tümen Vilayətində istintaq təcridxanasında saxlanılır. Onun Azərbaycana hansı tarixdə ekstradisiya ediləcəyi məlum deyil.

Xəbər lenti

Xəbər lenti