...

DEMOKRATİK İSLAHATLAR PARTİYASI İRƏLİ SÜRDÜYÜ VƏ DƏSTƏKLƏDİYİ NAMİZƏDLƏRİ TƏSDİQLƏYİB

Siyasət Materials 24 Avqust 2005 19:03 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası (DİP) parlament seçkisində iştirak edəcək namizədlərinin siyahısını təsdiqləyib. Bu barədə Trend ə partiyadan məlumat verilib. Avqustun 24-də DİP-in Siyasi Şurasının iclası keçirilib, ölkədəki ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Namizədlərin seçki kampaniyalarının təşkilinə dair fikir mübadiləsi aparılıb.

Siyasi Şura parlament seçkisində iştirak edəcək namizədlərinin, həmçinin ayrı-ayrı seçki dairələri üzrə müdafiə edəcəyi namizədlərin yekun siyahısını təsdiqləyib. Qərara alınıb ki, yaxın günlərdə DİP-in parlament seçkisində irəli sürdüyü və dəstəklədiyi namizədlərin təqdimat mərasimi keçirilsin.

Xəbər lenti

Xəbər lenti