...

PARTİZANLARIN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ MƏTBUAT KONFRANSI KEÇİRİB

Siyasət Materials 29 Avqust 2005 16:47 (UTC +04:00)

Avqustun 29-da Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və Qarabağ Partizanlarının hüquqlarını müdafiə komitəsinin üzvləri mətbuat konfransı keçirib. Trend məlumat verir ki, tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini silahlı birləşmələr yaratmaqda təqsirləndirilən və hazırda həbsdə saxlanılan 13 nəfər məhkumun üzərinə yönəltməkdir.

Akif Nağı jurnalistləri "Qarabağ partizanlarının" azadlığa buraxılmaları istiqamətində komitənin gördüyü işlər və bu fəaliyyətin nəticələri ilə bağlı məlumatlandırıb.

A.Nağı bildirib ki, onların səyi nəticəsində 21 nəfər məhbusdan artıq 8 nəfəri azadllığa buraxılıb. Bir neçəsinin cəzası yüngülləşdirilib. Avqustun 30-da isə Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə həbsdə qalan digər 13 nəfərin kassasiya şikayətinə baxılacaq.

"Ümidlə deyə bilərəm ki, sabah onların üzərindən 279-cu maddə (Qanunda nəzərdə tutulmayan silahlı birləşmə yaratmaq) götürüləcək. Çünki əvvəlki məhbuslardan 4 nəfərinin üzərindən həmin maddə götürülüb".

A.Nağı onu da bildirib ki, ola bilsin, Ali Məhkəmə partizanlardan daha bir neçəsinin də azadlığa buraxılması barədə qərar çıxarsın. A.Nağı: "Hər halda biz buna çalışacağıq.

Ümumiyyətlə, hətta sabahkı məhkəmə iclasının nəticələrindən asılı olaraq biz gələcəkdə də partizanların azadlığa buraxılması istiqamətində fəaliyyətimizi davam etdicərəyik. Onların adlarının əfv və amnistiya aktlarına salınmasına çalışacağıq".

Xəbər lenti

Xəbər lenti