...

GÜRCÜSTANIN KƏŞFİYYAT DEPARTAMENTİNİN SƏDRİ AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ İLƏ GÖRUŞUB

Siyasət Materials 30 Avqust 2005 20:31 (UTC +04:00)

Avqustun 29-30-da Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin dəvəti ilə Gürcüstanın Kəşfiyyat Departamentinin sədri Batu Kuteliyanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Bu barədə Trend MTN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, milli təhlükəsinzilk naziri general-leytenant Eldar Mahmudov Gürcüstan Kəşfiyyat Departamenin sədri Batu Kuteliyanı qəbul edib. Görüş zamanı Eldar Mahmudov müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar, təhlükəsizliyin və sabitliyin təmin olunması, beynəlxalq terrorçuluğa, ekstremizmə, mütəşəkkil cinayətkarlıq və onun transmilli növlərinə qarşı aparılan mübarizə üzrə görülmüş işlər barədə danışıb. Regiondakı mövcud əməliyyat şəraiti aə ona təsir göstərən amillər haqqında qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, nazir Eldar Mahmudov hər iki dövlətin ərazisində nəzarətsiz zonaların mövcudluğu, bu ərazilərdan narkotrafik, qaçaqmalçılıq, qanunsuz miqrasiya və digər məqsədlərlə istifadə olunamsı məsələlərinə də toxunub. Bununla əlaqədar görülən adekvat tədbirlərdən danışıb.

Gürcüstanın Kəşfiyyat Departamentinin sədri Batu Kuteliya iki qonşu dövlət arasında dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Regional təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycanın xüsusi xidmət orqanları ilə bundan sonra da əməkdaşlığa önəm veriləcəyini nazirin diqqətinə çatdırıb.

Görüşdə mühüm regional və beynəlxalq əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin və digər layihələrin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə hər iki ölkənin xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının, qarşılıqlı əlaqədə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti