...

VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI SEÇKİ BLOKU SENTYABRIN 24-Ə PLANLAŞDIRDIĞI MİTİNQLƏ BAĞLI İŞİNİ YEKUNLAŞDIRIB

Siyasət Materials 17 Sentyabr 2005 13:36 (UTC +04:00)

"Vətəndaş Cəmiyyəti Qurucuları (VQC) seçki bloku sentyabrın 24-də saat 17.00-da keçirəcəkləri mitinqə hazırlıqla bağlı işini yekunlaşdırıb". Bu barədə Trend agentliyinə VQC seçki bloku mərkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli bildirib.

Onun sözlərinə görə, həmişəki kimi ünvan "Qələbə" meydanı nəzərdə tutulsa da, yürüş olmayacaq: "İnsanlar birbaşa meydana toplaşacaq". Y.Cəfərli mitinqə gələcək insanların sayı barədə dəqiq məlumat verə bilməsə də, qeyd edib ki, Bakı meriyasına göndərdikləri məktubda say 10-15 min göstərilib.

5 partiya və 20 qeyri-hökumət təşkilatının təmsil olduğu VQS seçki blokunun keçirəcəyi mitinqə digər qeyri-hökumət təşkilatlarının da qatılacağı barədə məlumat verən Y.Cəfərli qeyd edib ki, seçkilr gününə qədər bir neçə dəfə belə aksiyalar keçirməyi planlaşdırıblar: "Mitinqlərdə səslənəcək şüarlar yalnız seçkinin demokratik keçirilməsi ilə bağlı olacaq".

Y.Cəfərli onu da qeyd edib ki, sentyabrın 24-ə planlaşdırdıqları mitinqdə VQC-dən olan bütün namizədlər çıxış edəcəklər. Mitinqə icazənin verilməsi ilə bağlı Bakı meriyasına göndərilən məktuba isə hələ cavab almadıqlarını deyən Y.Cəfərli: "Hələ vaxta çox qalıb, müsbət cavab alacağımıza əminik" - deyib.

Xəbər lenti

Xəbər lenti