...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ATƏT-İN DEMOKRATİK İNSTİTUTLAR VƏ İNSAN HAQLARI BÜROSUNUNUN MÜŞAHİDƏ MİSSİYASININ RƏHBƏRİNİ QƏBUL EDİB

Siyasət Materials 1 Oktyabr 2005 13:27 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in demokratik institutlar və insan haqları bürosunun Azərbaycandakı müşahidə missiyasının rəhbəri, səfir Girt Arensi qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan XİN-nin məlumatında bildirilir.

Görüş zamanı ölkədə parlament seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

E.Məmmədyrov qeyd edib ki, mərkəzi seçki komissiyası 2000 nəfərin deputatlığa namizədliyini qeydiyyata alıb, "demokratik və şəffaf" seçkilərin keçirilməsi və onların saxtalaşdırılmasının qarşısını almaq məqsədilə hökumət bir sıra tədbirlər görüb, xüsusilə, seçicilərin siyahısı və vəsiqələri təkmilləşdirilib.

O, həmçinin vurğulayıb ki, siyasi oriyentasiyasından asılı olmayaraq bütün namizədlərin seçki təşviqatı üçün bərabər şərait yaradılıb.

Müşahidə missiyasının rəhbəri "Seçki praktikasının təkmilləşdirilməsi haqqında" Azərbaycan prezidentinin 11 may 2005-ci il tarixli sərəncamını yüksək qiymətləndirib. Səfir bildirib ki, deputatlığa namizədlərin təşviqat kampaniyasının KİV-də işıqlandırılmasında böyük irəliləyişlər nəzərə çarpır.

Tərəflər, həmçinin, Azərbaycanda sərbəst toplaşma hüququnun təmin olunması ilə bağlı məsələlərə də toxunub.

Xəbər lenti

Xəbər lenti