...

ABŞ SƏFİRLİYİ MÜXALİFƏTİN "AZADLIQ" BLOKUNUN İCAZƏSİZ MİTİNQİ İLƏ BAĞLI FİKRİNİ BİLDİRİB

Siyasət Materials 10 Oktyabr 2005 15:34 (UTC +04:00)

ABŞ-nın Azərbaycandakı səfirliyi baş verənlərlə bağlı öz narahatlığını bildirir və mühafizə orqanları nümayəndələri tərəfindən edilən zorakılığı pisləyir.

Trend bildirir ki, bu barədə Amerika diplomatik nümayəndəliyinin müxalifətin "Azadlıq" seçki blokunun icazəsiz mitinq keçirməsi məsələsi ilə bağlı oktyabrın 10-da yaydığı bəyanatda deyilir.

ABŞ səfirliyi Azərbaycan hakimiyyətini və müxalifəti qarşıdakı günlərdə təmkinli olmağa çağırıb. "Biz tərəfləri yenidən dialoqa başlamağa çağırırıq.Bu, dinc toplanma hüququnu təmin etməyə imkan verər. Deputatlığa namizədləri və siyasi partiyaları səsverməyə 4 həftə qalan bir vaxtda seçicilərin etimadını qazanmaq məqsədilə ciddi işlər aparmağa çağırırıq.ABŞ səfirliyi inanır ki, parlament seçkilərinin uğurla keçirilməsi Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir"-deyə məlumatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti