...

2006-CI İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLİR

Siyasət Materials 13 Oktyabr 2005 14:25 (UTC +04:00)

"Azərbaycan Respublikasının 2006-ci il dövlət büdcəsi haqqında" AR qanun layihəsinin müzakirəsi oktyabrın 13-də parlamentdə davam etdirilib . Trend xəbər verir ki, adıçəkilən qanun layihəsi ilə bağlı millət vəkillərinin müxtəlif suallarına hökumət rəhbərlərindən birinci maliyyə naziri Əvəz Ələkbərov aydınlıq gətirib.

Ə.Ələkbərov bələdiyyələrin büdcəsinin artırılması ilə bağlı deputatların qaldırdığı məsələyə də münasibət bildirərək qeyd edib ki, bu məsələ büdcədən bələdiyyələrə yardımın daha 50% artırılması ilə bağlı öz həllini tapıb. Əmək haqlarının artırılması ilə bağlı deputatların suallarını cavablandıran nazir deyib ki, "minimum əmək haqqı ölkədə bir neçə gündür ki artırılıb.Gələcəkdə əmək haqlarının yenidn artırılması barədə dövlət büdcəsində məsələlər nəzərdə tutulub".

Nazir onu da qeyd edib ki, neftdən, neft fondundan büdcəyə gələn gəlirləri nəzərə almasaq, büdcənin sırf artımı 40,2%-dir. "Bundan başqa əlavə ehtiyat mənbələri də mövcüddur".

Uşaq müavinətlərinin artırılması ilə bağlı deputatların suallarına aydınlıq gətirən nazir deyib ki, "yanvarın 1-dən uşaq pulu ləğv ediləcək. Bunun əvəzinə ünvanlı müavinət nəzərdə tutulub. Əgər bu gün dövlət büdcəsindən uşaq pulu 168 milyard manat təşkil edirsə, ünvanlı müavinətlərdə bu rəqəm 376 mlrd. manat təşkil edəcək.

Nazir Naxçıvanın büdcəsi, büdcədən xaricdəki diasporlara ediləcək yardımlar, qaz, işıq, su sayğaclarının quraşdırılması və digər kommunal xərclərin, regionların inkişafı ilə bağlı millət vəkillərinin suallarına aydınlıq gətirilib.

Xəbər lenti

Xəbər lenti