...

Rəsul Quliyev vəd edilmiş vaxtda Bakıya gəlmədi

Siyasət Materials 17 Oktyabr 2005 16:58 (UTC +04:00)
Rəsul Quliyev vəd edilmiş vaxtda Bakıya gəlmədi

Eks-spiker, Azərbaycan Demokratik partiyasının (ADP) sədri Rəsul Quliyev saat 16.00-da Bakıya gəlmədi. Trend in Bakı hava limanında olan müxbiri bildirir ki, vəd edilmiş vaxtda R.Quliyevin Londondan çarter reysi ilə gəlməli olan təyyarəsi Bakı hava limanına enməyib.

Hava limanında vəziyyət əvvəlki kimi qalır - hava limanına aparan avtomobil yolu tikanlı məftillə hasarlanıb.Burada giriş yalnız yaxın təyyarə reyslərinə biletini təqdim edən şəxslər üçündür.Həmin yerdə bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in demokratik institutlar və insan haqları Bürosunun (DİİHB) nümayəndələri vardır.Bir müddət bundan öncə R.Quliyevi gözləməkdə və onun həbsini bildirməkdə davam edən ölkənin Baş prokurorluğunun istintaq qrupu hava limanına daxil olub.Eyni zamanda R.Quliyevin vəkili Osman Kazımov Trend ə bildirib ki, ADP liderinin təyyarəsi çox yaxın vaxtda Bakı hava limanına enməlidir.Onun sözlərinə görə, R.Quliyevin təyyarəsi hələlik səmadadır.

Bundan öncə, "AZAL"Dövlət konserninin nümayəndələri və British Airways-in Bakıdakı nümayəndəliyi bəyan etmişdi ki, Londondan gələn çarter reysi barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti