...

İtaliya Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçilərdən ibarət iki qrup göndərəcək

Siyasət Materials 21 Oktyabr 2005 17:18 (UTC +04:00)

İtaliya Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçilərdən ibarət iki qrup göndərəcək.Bu barədə Trend ə İtaliyanın Azərbaycandakı səfirliyində bildirilib.

Səfirlikdə bildirilib ki, müşahidəçilər Azərbaycana həm ATƏT, AŞ və digər beynəlxalq missiyaların tərkibində, həm də ayrıca olaraq İtaliya parlamentindən gələcək.Müşahidələrin yekunlarına əsasən, ayrıca hesabat hazırlanacaq və İtaliya parlamentinə təqdim ediləcək.

Səfirlikdə həm də bildirilib ki, nümayəndə heyətinin tərkibi seçkilərə bir neçə gün qalmış dəqiqləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti