...

Aydın Mirzəzadə: "Rəsul Quliyevin Azərbaycana gəlişi müxalifət üçün heç nəyi dəyişməyəcək"

Siyasət Materials 24 Oktyabr 2005 19:51 (UTC +04:00)

"Rəsul Quliyevin ölkəyə qayıdışı Azərbaycan müxalifəti üçün heç nəyi dəyişməyəcək və müxalifətçilərin bəyan etdikləri kimi demokratik prosesləri sürətləndirməyəcək". Bu fikirləri Trend ə açıqlamasında

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. O, qeyd edib ki, Azərbaycanda demokratiya var və onun inkişaf etdirilməsi 10 ildir Azərbaycandan kənarda yaşayan, buradakı hadisələri, reallıqları bilməyən bir şəxsin vəzifəsi deyil.

YAP funksioneri onu da deyib ki, Rəsul Quliyev barəsindəki ittihamların düzgün olmadığını bəyan edirsə, bunları gəlib ədalət məhkəməsi qarşısında sübuta yetirməlidir. A.Mirzəzadənin sözlərinə görə, R.Quliyevin barəsində qaldırılan cinayət işinin siyasi motivləri yoxdur və o, törətdiyi cinayət əməllərinə görə təqib olunur. ADP liderinin yenidən ölkəyə qayıtması barədə bəyanat verməsinə gəldikdə, YAP-çı deputat bildirib ki, ölkə rəhbərliyi heç də buna mane olmur. A.Mirzəzadənin sözlərinə görə, ADP liderinin ölkəyə qayıdışı adi bir Azərbaycan vətəndaşının qayıtması kimi qəbul olunmalıdır. O, hesab edir ki, müxalifətçilərin R.Quliyevin gəlişinin hakimiyyət tərəfindən əngəllənməsi barədə xəbərlər yayması onu göstərir ki, müxalifət qüvvələri əslində ictimai diqqəti belə qalmaqallara yönəltməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti