...

Lənkəran İcra hakimiyyəti seçkilərin keçirilməsinin təmin edilməsi ilə bağlı bir sıra göstərişlər verib

Siyasət Materials 28 Oktyabr 2005 13:26 (UTC +04:00)

Lənkəran şəhər İcra hakimiyyətində Azərbaycan prezidentinin qarşıdakı parlament seçkilərinə həsr olunmuş müşavirəsi ilə əlaqədar yığıncaq keçirilib.Lənkəran İcra hakimiyyətində Trend ə bildirilib ki, tədbirdə Lənkəran İH-nin başçısı Zeynal Nağdəliyev rayonda parlament seçkiləri ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb və ölkə prezidentinin Seçki Məcəlləsi və 11 may 2005-ci il tarixli Sərəncamının yerlərdə həyata keçirildiyini iştirakçıların nəzərinə çatdırıb.

İH başçısı prezidentin hazırkı parlament seçkilərinin açıq və şəffaf şəraitdə keçirilməsi barədə arzusunu vurğulayıb.

İH başçısı yerli icra hakimiyyəti orqanları rəhbərlərinə sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsinin əhəmiyyətini çatdırıb.Həmçinin qeyd olunub ki, seçici vəsiqələrinin verilməsi işini gücləndirmək lazımdır.Eləcə də seçicilərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı yaranmış problemlər nəzərə alınaraq barmaqların mürəkkəblənməsi qaydaları və təlimatın hazırlanaraq MSK-nın müzakirəsinə çıxarılması zəruri olaraq vurğulanıb.

Dövlət başçısının göstərişlərini rəhbər tutaraq yerli icra hakimiyyətləri seçki komissiyaları üçün ayrılmış binaların və səsvermə üçün ayrılmış otaqların hazırlığını yoxlamalı, seçkilər günü seçki bülletenlərinin, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini gücləndirməli, fasiləsiz telefon rabitəsi və elektrik enerjisi təchizatını təmin etməlidir.

İH başçısı yerlərdə icra hakimiyyəti strukturlarına bir sıra göstəriş və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti