...

Araz Əlizadəyə qarşı iradlar irəli surulür

Siyasət Materials 6 Noyabr 2005 20:16 (UTC +04:00)

"45 saylı Abşeron seçki dairəsindən millət vəkilliyinə namizəd olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə qanuna zidd hərəkətlər edib". Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası bəyan edib.

Qeyd edilib ki, Araz Əlizadə 23 saylı məntəqəyə gələrək komissiya üzvlərini, müşahidəçiləri sorğu-sual edib, kobud hərəkətlərə yol verib və təhqiramiz ifadələr işlədib.

A.Əlizadə isə Trend ə bildirib ki, iqtidar adıçəkilən seçki dairəsindən Oqtay Əsədovun seçilməsinə çalışıb: "Mən bu qədər total saxtakarlıq görməmişəm. Qutulara Oqtay Əsədovun xeyrinə saxta bülletenlər atılıb. Seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi prosesi aparılmayıb".

ASDP həmsədri onu da qeyd edib ki, adıçəkilən seçki dairəsindən olan 8 namizədlə birgə belə qanun pozuntuları ilə bağlı bəyanat qəbul ediblər. Noyabrın 7-də bəyanatı Mərkəzi Seçki Komissiyasına ünvanlanacaq.

Xəbər lenti

Xəbər lenti