...

Ramil Usubov: Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinin qarşısı sərt alınacaq

Siyasət Materials 18 Noyabr 2005 20:56 (UTC +04:00)

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün heç kimə imkan verilməyəcək. Ölkədə xaos və özbaşınalıq yaradılmasına yönəldilmiş aksiyaların qarşısı qətiyyətlə alınacaq. Trend "Space" telekanalına istinadən bildirir ki, noyabrın 18-də bu barədə AR daxili işlər naziri Ramil Usubov bəyan edib.

"İctimaiyyət şahid oldu ki, Azərbaycan hakimiyyəti ölkənin bütün regionlarında aksiyalar keçirilməsinə icazə verdi.Yəni azad toplanma yolunda hər-hansı bir maneədən danışmaq və söz söyləmək mənasıdır"-deyə DİN başçısı qeyd edib.O, bildirib ki, Azərbaycanda sabitliyi pozmaq istəyən destruktiv qüvvələr vardır və bu da son nəticədə bütün cəmiyyətin inkişafını ləngidir.

R. Usubovun sözlərinə görə, müəyyən müxalifət qüvvələri hakimiyyətə və hüquq-mühafizə qüvvələrinin nümayəndələrinə qarşı narazılıq ab-havası yaratmağa çalışır.

"Radikal müxalifətin liderləri XX əsrin 90-cı illərində olduğu kimi düşünürlər və başa düşmürlər ki, ölkənin qurulduğu dövrdə qarşısında duran problemlərin əksəriyyəti ya həll edilib ya da həll edilmək mərhələsindədir"-deyə nazir bildirib. O, qeyd edib ki, Azərbaycanda dövlətçilik möhkəmləndirilib.

Azərbaycan Din başçısının sözlərinə görə, məhz buna görə də qarşıya küçə aksiyalarının köməyilə hakimiyyətə gəlmək kimi strateji məqsəd qoymaq "olmaz". "Azərbaycana artıq dağıdığı müxalifət lazım deyil. Cəmiyyətə ümummilli məqsədlər naminə konstruktivlik lazımdır"-deyə R. Usubov vurğulayıb və qeyd edib ki, "onlar (müxalifət - Trend ) başa düşmür ki, belə hərəkətlər yalnız özlərinə zərər gətirir".

Xəbər lenti

Xəbər lenti