...

MDB ölkələri müdafiə nazirləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək

Siyasət Materials 2 Dekabr 2005 12:37 (UTC +04:00)

MDB ölkələri müdafiə nazirləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək. Trend in İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, ordu generalı Yuri Baluyevski məlumat verib.

Ermənistanın həddən artıq silahlanması barədə jurnalistin sualına cavab verərkən general bildirib: "Əgər SSRİ-nin süqutundan sonra Ermənistan və Azərbaycanda nə qədər silahın qaldığını tutuşdursaq, təqribən eyni rəqəmlər alınar. Həm Ermənistanda, həm də Azərbaycanda Sovet İttifaqı dövründə ümumqoşun orduları cəmləşdirilmişdi. Bu orduların demək olar ki, bütün silahları orada da qalıb. Ona görə də Ermənistanın həddən artıq silaha malik olmasından danışmaq mənasızdır ", - deyə Baluyevski bildirib.

Yuri Baluyevski xatırladıb ki, Ermənistan Kollektiv təhlükəsizlik üzrə Müqavilə Təşkilatının üzvüdür. "O, müəyyən dərəcədə Rusiyanın regionda əsas müttəfiqidir,lakin onun strateji tapşırıqları həll edə biləcək silahlarla təchiz edilməsi həyata keçirilməyəcək ", - deyə o bildirib.

Bu arada Moskvada MDB ölkələri müdafiə nazirlərinin Şurasının iclası keçirilib. Orada 7 ölkənin - Azərbaycan, Ermənistan, Belorus, Tacikistan, Qırğızıstan, Ukrayna, Rusiyanın müdafiə nazirləri iştirak edib. Özbəkistan və Qazaxıstan bu iclasda müdafiə nazirlərinin müavinləri iştirak edib. Gürcüstan, Moldova və Türkmənistan öz nümayəndələrini Moskvaya göndərməyib.

Xəbər lenti

Xəbər lenti