...

Demokratik Dirçəliş Gənclər Hərəkatı yaradılıb

Siyasət Materials 10 Dekabr 2005 10:51 (UTC +04:00)

"Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə Demokratik Dirçəliş Gənclər Hərəkatı yaradılıb". Bu barədə Trend ə VHP-nin mətbuat xidmətində bildirilib.

Bununla bağlı VHP-nin qərargahında təsis yığıncağı keçirilib. Tədbirdə Qorqud Partiyası Gənclər Təşkilatının, "Sabir" Yazarlar Ocağının, Miqrantlarla Hürquq Yardım Mərkəzinin və İctimai Maarifçilik Mərkəzinin nümayəndələri iştirak edirdilər.

Tədbirdə adıçəkilən hərəkatın təsis qurultayının keçirilməsi məsələləri müzakirə olunub. İlkin razılaşmalara görə, qurultayın dekabrın sonlarında keçirilməsi müəyyənləşdirilib. Hərəkatın yaradılmasında məqsəd gənclərin birliyinə nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti