...

Azərbaycan və "Qazprom" qiymətlərin Avropa səviyyəsinə keçilməsi razılaşdırılıb

Siyasət Materials 14 Dekabr 2005 19:17 (UTC +04:00)
Azərbaycan və "Qazprom" qiymətlərin Avropa səviyyəsinə keçilməsi razılaşdırılıb

Bu gün "Qazprom" ASC-nin mərkəzi ofisində idarə heyətinin sədri Aleksey Miller ilə AR baş nazirinin birinci müavini Yaqub Əyyubov arasında işgüzar görüş keçirilib. Trend bildirir ki, bu barədə "Qazprom"un dekabrın 14-də yayılmış məlumatında deyilir.

Sənəddə qeyd olunur ki, danışıqlarda Rusiya qazının 2006-cı ildə Azərbaycana tədarükü şərtlərinə baxılıb. Tərəflər qiymətlərin (nəqliyyat sxemi nəzərə alınmaqla) Avropa səviyyəsinə keçilməsi və 2006-cı ildə təbii qazın tədarük həcminin dəqiqləşdirilməsi məsələsi razılaşdırılıb. Aleksey Miller və Yaqub Əyyubov yaxın vaxtlarda müvafiq müqavilələrin imzalanması barədə qərar qəbul edib. Azərbaycanın qaza olan daxili tələbatı ildə 9,5-10 mlrd. m3 təşkil edir. Ölkənin yanacaq-energetika balansında qazın payı təxminən 45% təşkil edir. Son illərdə Azərbaycanda qaz hasilatının həcmi təxminən 5,5 mlrd. m3 təşkil edir. Ölkədə hasil olunan qazın 40%-ə qədəri "Bahar" yatağının hesabına təmin edilir.2006-cı ildən Azərbaycanda "Şah Dəniz" yatağının işə cəlb edilməsi ilə bağlı olaraq qazın ayrıca həcminin genişləndirilməsi planlaşdırılır.

2004-cü il yanvarın 1-də "Qazprom" Azərbaycana qaz tədarükünə başlayıb. 2003-cü ilin dekabrında "Qazeksport" MMC ilə ARDNŞ arasında təbii qazın alqı-satqısına dair uzunmüddətli beşillik müqavilə imzalanıb. Bu müqavilə 2004-cü il yanvarın 1-də qüvvəyə minib və 2008-ci il dekabrın 31-dək davam edəcək. Müqavilədə Azərbaycana ildə 4,5 mlrd. m3 qaz tədarükü nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti