...

ASDP həmsədri "Sosintern"in toplantısında iştirak etmək üçün Kiyevdədir

Siyasət Materials 16 Dekabr 2005 12:03 (UTC +04:00)

"Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə "Sosinter"nin növbəti toplantısında iştirak etmək üçün Kiyevdədir". Bu barədə ASDP-nin katibi Tofiq Əhmədov bildirib.

T.Əhmədov qeyd edib ki, iki gün davam edəcək toplantıda "Sosintern"ə üzv olan dövlətlərin Sosial Demokrat Partiyalarının rəhbərləri iştirak edəcəklər: "Hansı məsələlərin müzakirə olunması barədə bilgimiz yoxdur. Çünki gündəlik toplantıda tərtib olunur".

ASDP katibi onu da bildirib ki, toplantıda "Sosintern"Nin baş katibi Luis Ayala da iştirak edir. A.Əlizadə isə dekabrın 18-də vətənə dönəcək.

Xəbər lenti

Xəbər lenti