...

Vakant hakim yerlərinə seçki ilə bağlı imtahanların ikinci mərhələsinin nəticələri artıq bəllidir

Siyasət Materials 5 Yanvar 2006 14:41 (UTC +04:00)

Məhkəmələrə vakant hakim yerlərinə seçki ilə bağlı imtahanların ikinci mərhələsinin nəticələri artıq bəllidir. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

İ.Nağıyev bildirib ki, inşa suallarını cavablandıran 223 imtahan iştirakçısından yalnız 68-i sualları düzgün cavablandıra bilib. Bu isə olduqca aşağı göstəricidir. İ.Nağıyev: "Hələ qarşıda müsabiqə, kurs, sonra yenidən müsabiqə mərhələləri var. Ola bilsin ki, 68 nəfərin xeyli hissəsi də həmin mərhələlərdən uğurla keçməsin".

İ.Nağıyev belə olan halda vakant hakim yerlərinə təkrar sənəd qəbulu elan ediləcəyini də istsna etməyib. "Yəqin ki, bu imtahanların büutün mərhələləri başa çatandan sonra təkrar hakim seçkisi ilə bağlı sənəd qəbulu elan olunacaq. Çünki nəzərdə tutulan boş yerlər hazırkı və gələcəkdə keçiriləcək mərhələlərin qaliblərinin sayından qat-qat çoxdur", - deyə komitə sədri söyləyib.

Hazırkı imtahanların növbəti mərhələlərinə gəlincə isə, İ.Nağıyev bildirib ki, inşa mərhələsindən kəsilmiş imtahan iştirakçılarının şikayətlərinə 5 gün ərzində baxılacaq. Həmin imtahan iştirakçılarının cavablarının yenidən yoxlanılması prosesi başa çatdıqdan sonra imtahanın növbəti mərhələsinin tarixinin və keçiriləcəyi yerin müəyyən edilməsi üçün Məhkəmə Hüquq Şurasının toplantısı keçiriləcək. İ.Nağıyev: "Vakant hakim yerlərinə təkrar seçkilərlə bağlı sənəd qəbulu isə hazırkı imtahan mərhələləri başa çatdıqdan sonra baş tutacaq".

Xəbər lenti

Xəbər lenti