...

Avropa Komissiyası Xəzər regionu və Yaxın Şərqdən təbii qazın tədarükündə maraqlı olduğunu bildirib

Siyasət Materials 6 Yanvar 2006 12:31 (UTC +04:00)

Avropa Komissiyası Avropaya təbii qaz tədarükünün alternativ marşrutu kimi "Nabukko" layihəsini nəzərdən keçirir. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, komissiyanın sonuncu iclasında enerji resursları sahəsində yeni strategiyaların işlənib-hazırlanmasının zəruriliyi vurğulanıb.

Rusiya və Ukrayna arasında qaz böhranının yekunları fonunda Avropa dövlətləri enerji daşıyıcılarının alternativ ixrac kanallarının müzakirəsinə başlayıb. Bunlardan biri də Xəzər regionu və Yaxın Şərqdən təbii qazın tədarükünü nəzərdə tutan "Nabukko" layihəsidir.

Əsas diqqət Ərzurumdan Balkanlara qədər qaz kəmərinin inşasının 2010-cu ilə kimi başa çatdırılması zəruriliyinə ayrılır ki, bu da Avropa Birliyinin Rusiyadan enerji asılılığının azaldılmasına imkan verəcək. Daha sonra isə kəmər Rumıniya və Macarıstandan (Avstriyaya qədər) keçəcək.

Qeyd edək ki, "Nabukko" qaz kəmərinin inşası əvvəlcə 2010-20-ci illərə planlaşdırılmışdı. Bu kəmər Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Misir və Suriyadan Avropaya qaz tədarükünü nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti