...

"Bizim Azərbaycan" bloku Azərbaycan Yolu Hərəkatına birləşməyib

Siyasət Materials 6 Yanvar 2006 16:44 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku Azərbaycan Yolu Hərəkatına birləşməməklə bağlı qərar qəbul edib. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

V.Bəyturan qeyd edib ki, Azərbaycan Yolu Hərəkatının "Bizim Azərbaycan" blokunun da onlara qouşlduğu barədə yaydığı bəyanatı həqiqətəuyğun deyil: "Biz heç vax blok şəklində bu hərəkatın lideri İlqar Qasımovun yanında ola bilmərik. Bununla bağlı biz bəyanat qəbul etmişik".

TMP sədri onu da bildirib ki, adıçəkilən hərəkata qoşulmaqla bağlı onlara edilən müraciət müzakirə olunub. Qərara alınıb ki, bloka daxil olan partiyalar fərqi şəkildə bu hərəkatda da fəaliyyət göstərə bilərlər: "Hərəkatda Xalq Azadlaq Partiyası ilə Xalq Dirçəliş Partiyası təmsil olunurlar. Ancaq bu heç də bütövlükdə blok deyil".

Xəbər lenti

Xəbər lenti